Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında ötən gün telefon danışığı baş tutub. Danışıq zamanı iki ölkə arasında genişmiqyaslı silah razılaşmasının hazırlanması müzakirə olunub.
Politoloq Kamran Cəfərovun sözlərinə görə, Ukrayna ABŞ-a öz müasir dron texnologiyalarını təqdim etməyə hazırdır, ABŞ isə qarşılığında Ukraynaya yüksək texnologiyalı silahlar verəcək. Ehtimallara görə, söhbət HİMARS M142 sistemləri üçün nəzərdə tutulan PrSM ballistik raketlərindən gedə bilər.
Cəfərov əlavə edib ki, bu silahlar Ukraynanın hərbi imkanlarını gücləndirə və Rusiyadakı strateji obyektlər üçün “sürprizlər” yarada bilər.
