Azərbaycan.media xəbər verir ki, Amerikalı alimlər sübut ediblər ki, masaj terapiyası xərçəng xəstələrində müalicə zamanı yaranan xroniki yorğunluğun aradan qaldırılmasında effektiv rol oynaya bilər. Emori Universitetinin alimləri altı həftəlik tədqiqat çərçivəsində üç könüllü qrupu müşahidə ediblər: klassik İsveç masajı alanlar, yüngül toxunma ilə terapiya edilənlər və masaj almayanlar.
Nəticələr göstərib ki, masaj alan xəstələrdə yorğunluq əlamətləri nəzərəçarpacaq dərəcədə azalıb və ümumi rifah yaxşılaşıb. Alimlər bu üsulu xərçəng müalicəsində tamamlayıcı terapiya kimi görür və gələcəkdə fizioterapiyanın ayrılmaz hissəsinə çevrilə biləcəyini bildirirlər.
