Azərbaycan.media xəbər verir ki, Ermənistanın hüquq-mühafizə orqanları Çarentsavan şəhərindəki kilsədə törədilən qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxsi saxlayıblar.
Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, insident oktyabrın 11-də baş verib. Həmin gün Çarentsavan sakini, 57 yaşlı Andranik G. bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qətldə şübhəli bilinən şəxs psixiatriya klinikasında qeydiyyatda olan 26 yaşlı kişidir. Hadisə mərhumun dəfn mərasimi zamanı kilsədə baş verib. Şübhəli şəxs mərhumun qohumlarından birinə bıçaqla hücum edib və nəticədə ağır xəsarət yetirib.
Hazırda istintaq davam edir.
