🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masazırda elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq

Azərbaycan.media Azərişıq ASC-nin yaydığı məlumata əsasən, Abşeron rayonu Masazır qəsəbəsində elektrik şəbəkəsində təmir-bərpa işləri aparılacaq. Bu məqsədlə 11 oktyabr 2025-ci il tarixində saat 10:00-dan 16:00-dək bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Fasilə aşağıdakı ünvanları əhatə edəcək:
İlyas Bayramov küçəsi
Mübariz İbrahimov küçəsi
Salatın Əsgərova küçəsi
Əli Mustafayev küçəsi
Hakim Abbasov küçəsi
Murtuza Muxtarov küçəsi
İstiqlal küçəsi
Ağaxan Abdullayev küçəsi
Zəngilan şəhərciyi
“Rahat Nəfəs” yaşayış kompleksi
“4 Qardaş” MTK
“PARK Salori”
“AAAGF” MTK
“Viktoriya” MTK

“Məzunlar Evi” yaşayış sahəsi
Azərişıq ASC bildirir ki, təmir işləri başa çatdıqdan sonra bu ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.