Kanadanın Baş naziri Mark Karni İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qarşılayıb.
Azərbaycan.media xarici mətbuata istinadla xəbər verir ki, Karni razılaşmanın bölgədə ədalətli və davamlı sülhə aparan yolun başlanğıcı ola biləcəyini vurğulayıb. O, bütün tərəfləri bu fürsətdən istifadə edərək sülh prosesinə sadiq qalmağa çağırıb.
Baş nazir bildirib ki, Kanada razılaşmanın şərtlərinin tez bir zamanda və tam şəkildə yerinə yetirilməsinin tərəfdarıdır.
“Prezident Trampı bu prosesdə göstərdiyi liderliyə görə təbrik edirəm. Eyni zamanda, danışıqlarda verdikləri dəstəyə görə Qətər, Misir və Türkiyəyə təşəkkürümü bildirirəm. İllərlə davam edən gərginlik və əzabdan sonra nəhayət sülh mümkün görünür”, – deyə Karni qeyd edib.
