CİBİN DOLANDAN…
Başına qonalı vəzifə quşu,
Şanslısan, bizləri saymırsan, daha!
Qohumu, qardaşı, dostu, sirdaşı,
Heç adam yerinə qoymursan, daha!
İçinə, çölünə bələdəm sənin,
Cikkildə sərçə tək, bol olub dənin,
Sanki, hambalıyıq, o lüt dədənin,
Gələni, gedəni duymursan, daha!
Dəmirə çox dostuq dedin yalandan,
Pul üçün keçərsən doğma balandan,
Əlin gətirəndən, cibin dolandan,
Heç bir əndazəyə uymursan, daha!
Dəmir Gədəbəyli
Mənbə: Azərbaycan.media
