🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəzza ilə bağlı razılaşmadan sonra Netanyahu və Tramp arasında telefon danışığı baş tutub

Qəzza zolağında razılaşma əldə olunması ilə bağlı açıqlamadan dərhal sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Azərbaycan.media xəbər verir ki, İsrail hökumət başçısının ofisinin yaydığı məlumata görə, Netanyahu ilk olaraq vasitəçilik səylərinə görə Trampa təşəkkür edib və onu İsrail parlamenti – Knessetdə çıxış etməyə dəvət edib.
Məlumatda qeyd olunur ki, kifayət qədər səmimi və təsirli söhbət zamanı liderlər bir-birilərini tarixi nailiyyət – bütün girovların azad olunması ilə bağlı sazişin imzalanması münasibətilə təbrik ediblər.
Həmçinin, Netanyahu və Tramp yaxın əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.