Yaz, necə yaşadın
Yaz, necə yaşadın
Mənsiz necə
Əzab çəkdin.
Yaz nə baş verdi,
Ya da nə baş vermədi.
Qoy saralmış səhifələrdə
Göz yaşlarımız bir-birini öpsün.
Yaz, ağrılar nədir,
İşgəncələr nədir!
Yaz,
Yuxusuz gecələrə,
Tənhalığa
Pıçıldamaq nə deməkdir.
Qəlbimin döyüntüsü
Sənin sükutuna
Cavabdır.
Yaza bilmədiklərini yaz,
Hiss edə bilmədiklərini yaz.
HƏLƏ DƏ
Günlərim
Sakitcə
Saralır,
Və
Həyatıma
Düşür.
Hələ də
Mən də
“Quru yarpaqları”
Təkəbbürlə
Tapdalayıram.
Qəlbimin
Qanadlarını
Açıb
Baharların ardınca
Gedərəm…
SEVGİM
Sənə sevgim
Gözlərimdə
Əriyən bir işıqdır.
Bahar üçün çırpınan
Bir çiçəyin
Ətridir.
Sənə sevgim
İşıq buludunda
Rəqs edən
Yağış damlasıdır.
Sənə sevgim
Tanrının
Dualarıdır!
TA Kİ MƏN
Səni axtaracağam,
İtmiş sevincim kimi,
Gözümün yaşından düşən
İnci kimi.
Səni axtaracağam
Qismətim üçün, bəxtim üçün—
Həyatın mənası kimi.
Yollara baxacağam
Ta ki gözlərim
İşığını itirənə qədər,
Qocalanadək.
Sevgimi qoruyacağam,
Qanadları sınmış,
Yuvası dağılmış
Bir quş kimi,
Çığırtısı
Qəlbimi
Ağrıtacaq olsa da.
MƏN VƏ SƏN
Mən və Sən
Dostuma—
Sən
Mənim qədər
Həssassan,
Mənim qədər
Tənhasan.
Güllər
Qəlbimizin hisslərini
Anlayır.
Mən bir mahnı oxuyuram—
Heç vaxt
Oxunmamış.
Sən bir şeir deyirsən—
Heç kəsə
Demədiyin.
Ümidlər
Gül dənizində
İtə bilməz.
Mənbə: Azərbaycan.media
