🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollara yaxınlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

Azərbaycan.media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,52% artaraq 3 968,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,93% artaraq 48,413 ABŞ dolları olub.