🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistana “Vaqner” döyüşçülərinin gəlişi ilə bağlı araşdırma davam edir

Ermənistan İstintaq Komitəsi, ölkəyə 12 min “Vaqner” döyüşçüsünün daxil olması ilə bağlı yayılan iddiaların araşdırılmasının hələ də davam etdiyini açıqlayıb. Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verilib.
2023-cü ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı “Vaqner” özəl hərbi şirkətinin üzvlərinin ölkəyə gəlişi ilə bağlı xəbərlərin Telegram kanallarında yayıldığını bildirmiş və bu məlumatların Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən araşdırıldığını qeyd etmişdi.
Dekabr ayında MTX araşdırmaların davam etdiyini açıqlamış, daha sonra isə bu işin Ermənistan İstintaq Komitəsinə ötürüldüyünü bildirmişdi.
Qeyd olunur ki, “Vaqner” döyüşçülərinin Ermənistanda olması ilə bağlı iddialar İrəvan Şəhər Şurasına seçkilər öncəsi hökumətyönlü ictimai qruplar tərəfindən gündəmə gətirilib. Əvvəlcə 3000 nəfərlik bir qrupun olduğu iddia edilsə də, sonradan bu rəqəm 12000-ə qədər artırılıb.
İddialara görə, bu şəxslərin məqsədi hökumətə qarşı çevriliş edərək baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olub.