Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanda tez-tez səsləndirilən “Zəngəzur dəhlizi” ifadəsinə münasibət bildirərək, erməni ictimaiyyətini bu terminə görə təşvişə düşməməyə çağırıb.
Azərbaycan.media-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların tezliklə icra edilməsinin vacibliyini vurğulayıb. O bildirib:
Baş nazirin sözlərinə görə, “Zəngəzur dəhlizi” ifadəsi Ermənistanda narahatlıq yaratsa da, bu narahatlıq əsaslı deyil. Paşinyan qeyd edib ki, ölkələr öz ərazilərində yolların adlandırılmasına özləri qərar verir:
O əlavə edib ki, bu ifadənin məqsədinin nə olduğunu anlamaq vacibdir:
Paşinyan vurğulayıb ki, “Zəngəzur dəhlizi” ifadəsi ilə Azərbaycanda nəzərdə tutulan yol Ermənistanla sərhədə qədər uzanan Horadiz-Zəngilan marşrutudur və bu yolun Ermənistan ərazisinə birbaşa təsiri yoxdur.
Azərbaycan.media
