🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı yollarında sıxlıq: bu ərazilərdən uzaq durmağa çalışın

Azərbaycan.media xəbər verir ki, Bakıda bu səhər bir sıra əsas yollar üzrə nəqliyyatın intensivliyi müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) verdiyi son məlumata əsasən, aşağıdakı istiqamətlərdə tıxaclar qeydə alınıb:

Sıxlıq müşahidə olunan yollar:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
Tbilisi prospekti – “20 Yanvar”dan şəhər mərkəzinə doğru
Heydər Əliyev prospekti – həm əsas, həm də köməkçi yol üzrə mərkəzə doğru
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsinə doğru
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar”a doğru
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər
Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə doğru
28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər

Tövsiyə: Bu yollarla hərəkət etməyi planlaşdırırsınızsa, alternativ marşrutlara üstünlük verin və real vaxtda yol vəziyyətini izləyin.

Azərbaycan.media