🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nigeriyada qayıq aşıb – 20 nəfər ölüb

Nigeriyanın Kogi əyalətində sərnişinləri daşıyan qayıq aşıb.

Azərbaycan.media xarici KİV-ə istinadən xəbər verir ki, əksəriyyəti qadın olmaqla 20 nəfər həlak olub, çoxlu sayda insan itkin düşüb.

Faciəyə qayığın xeyli yüklənməsinin səbəb olduğu bildirilib.

Səlahiyyətlilər bölgədə xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağı ehtimalının yüksək olduğunu bildiriblər.

Xatırladaq ki, son iki ayda Nigeriyanın şimalında qayıq qəzalarında 120-dən çox insan həlak olub. Hökumət qayıq qəzalarını azaltmaq üçün ölkə daxilində lisenziyasız qayıqların istismarını qadağan edib.