🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtaliyanın hərbi təyyarəsi qəzaya uğradı

Azərbaycan.media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Lasio bölgəsində İtaliya Hərbi Hava Qüvvələrinin təyyarəsi parçalanıb.
Çərşənbə günü səhər saatlarında İtaliya Hərbi Hava Qüvvələrinin T-260B markalı təyyarəsi məşq uçuşu zamanı qəzaya uğrayıb.
İtaliya Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir: “Təyyarə Çirçeo Milli Parkının yaxınlığında yerə düşüb. Qəzanın səbəbləri hələ aydınlaşdırılmayıb. Təyyarənin göyərtəsində iki hərbçi olub”.