Qulu Məhərrəmlidən bir cəza metaforası
Çin kənd təsərrüfatının sabiq naziri Tan Renjian — rüşvətin rituallarını yaxşı bilirmiş. 2007-dən 2024-ə qədər dövlətin müxtəlif pillələrində “xidmət” göstərərkən, 268 milyon yuanı (təxminən 64 milyon AZN) özünə “şükür payı” kimi götürüb. Röyter yazır: məhkəmə onu edama məhkum edib.
Amma… edam təxirə salınıb.
Çində belə bir qayda var: “icrası təxirə salınmış edam hökmü”. Yəni, əgər məhkum iki il ərzində yeni cinayət törətməzsə, cəza adətən ömürlük həbsə çevrilir.
Bu da bir növ “vicdanın sınaq müddəti” — amma milyonlarla yuanla dolu vicdanın.
Tan Renjianın bütün şəxsi əmlakı müsadirə olunub, qeyri-qanuni gəlirlər dövlətə qaytarılıb. Amma “kənarda pulu qalıbsa”, işi hələ də “yaxşı ola bilər”.
Çünki Çin də, Azərbaycan da — fərqli coğrafiyalar, eyni metafora:
Rüşvətə batmış məmur, müsadirə olunmuş əmlak, təxirə salınmış cəza…
Və sonda — “əgər kənarda pulu qalıbsa”, azadlığa çıxmağına ümid var.
Mənbə: Azərbaycan.media
