7 oktyabr Saat: 13:00-da Bakı Ekspo Mərkəzində yazıçı Reyhan Yusifqızı, Azərbaycan ədəbiyyatının sükutla danışan səsi, yeni kitabı “Yağışın Altında” ilə oxucularını XI Bakı Beynəlxalq Kitab Sərgisində salamlayacaq. Bu görüş, sadəcə bir imza saatı deyil—sözün yağışla təmasda olduğu, hər damlanın bir xatirəyə çevrildiyi ritualdır.“Yağışın Altında” — bir çətirin kölgəsində gizlənən duyğular, bir şəhərin sükutunda səslənən hekayələr. Bu kitab, yağışın altında unudulmuş sözləri, iç dünyamızın islanan səhifələrini bizə təqdim edir.
Fuad BİLƏSUVARLI
Azərbaycan.media
