Ad günün mübarək, Azər həkim!

Rayonumuzun, elimizin, kəndimizin dəyərli həkimi Azər Balabəy oğlu Əzizov — neçə dəfədir ki, bizi sağlamlığımıza qovuşdurur. Var olsun! Bu gün onun doğum günüdür. Bu münasibətlə, ona həsr olunmuş şeirimi təqdim edirəm — hörmət, ehtiram və minnətdarlıqla.

 

Azər həkim…

Şəfalıdır əlin yaman,
Xəstələrə sözün dərman.
Təsdiqlədin zaman-zaman —
Sən özünü, Azər həkim!

Elimizin şanlı oğlu,
Mehriban, dostcanlı oğlu,
Ey Azərbaycanlı oğlu —
Azər həkim, Azər həkim!

Həkim deyil, Hippokratsan,
Filosofsan, sən Sokratsan.
Xəstələrə qol-qanadsan —
Azər həkim, Azər həkim!

Sən nənəmə həyat verdin,
Arzu, dilək, murad verdin.
Ağ günlərə qanad verdin —
Azər həkim, Azər həkim!

Sənə qurban kəsilməli,
Önündə baş əyilməli.
Biləsuvar fəxr etməli —
Daim sənlə, Azər həkim!

Şeir: Fuad Biləsuvarlı — AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media