Hər il noyabrın 6-sı məmləkətimizdə televiziya günü kimi kimi qeyd edilir. Pullu televiziya rəhbərləri bəzəkli studiyaları, ağardılmış binaları, insan nəfəsi duyulmayan otaqları nümayiş etdirməklə özlərinin təbliğatçısına çevrilmək və növbəti dəfə gözə kül üfürmək fürsətini əldən vermədilər. Təfəkküründən daş asılmış bəzi yaltaq dəftərxana mirzələri, yeni və köhnə mədhiyyəçilər də naftalin iyi verən cızma-qaraları ilə həmin rəhbərlərə yarınmaq yarışına girdilər. Ömrünü televiziya və radioya sərf etmiş, amma unudulmuş peşəkarlar astadan köks ötürdülər, canında bir az enerji qalanlar ekran-efirin bu gününü tənqid etdilər. Sosial şəbəkələrdə isə əməlli-bașlı tozanaq qopdu, telekanallar rişxənd obyektinə çevrildi, daha çox bəsit şou aparıcılarının bostanına daș atıldı, onları ağ yuyub qara sərdilər.
Televiziyaların getdikcə öz auditoriyasını itirməsi, cəmiyyətin maraqlarına, səviyyə və düşüncəsinə uyğun verilişlərin olmaması, ekranda düşük șouların artması, ictimai əxlaqı pozan verilişlərə yaşıl işıq yandırılması son illərin aparıcı mövzusuna çevrilib. Həmin mövzu teleradio ișciləri günündə bir daha çılpaqlığı ilə ortaya çıxdı. Sərt suallar bir-birini əvəzlədi: ekranın cazibəsi niyə itib, səviyyə niyə bu qədər așağıdır? Məişət düşüncəsindən uzağa getməyən verilişləri, cılız məişət mübahisələrini, mədəniyyətsiz müğənniləri, ağzı söz tutmayan aparıcıları efirə kim buraxır? İntelektuallar efirdən niyə uzaq salınıb, nədən ölkənin elm-bilik adamlan yox, şou əhli TV-lərin əsas simasına çevrilib? Niyə tamaşaçı yerli kanallara baxmır, nədən büdcədən milyonlar alan TV-lər cəmiyyətin etimadını qazana bilmir? Niyə xəbərlər birtərəfli, yarımçıq, bəzən qərəzlidir, niyə cəmiyyəti dūșündūrən problemlərlə bağlı ictimai műzakirələrə yer ayrılmır? Ümumiyyətlə, niyə telekanallar bizim səksəkəli ruhumuzu oxșamır? Deyesən, suallar çox oldu, amma neyləməli ki, gördüyümüz efir biyabırçılıqları yalnız nəticədir və nə qədər ki, eyiblərin səbəbləri barədə açıq danışılmır, narahat suallar daim üst-ūstə qalaqlanacaq. Bu mənada mən axırıncı sual ūzərində, yəní ruh məsələsində bir az dayanmaq istəyirəm. Ona gõrə ki televiziya da, radio da insan ruhunun ərazisidir və bu ərazidəki har hansı boşluq kõnlümüzű açmır, əksinə, bizi sıxır. Axı maraqlı TV veriliși də yaxşı musiqi, gözəl şeir və estetik cazibəsi olan rəsm əsəri kimi insanın qəlbini oxşamalı, onun duyğu və düşüncələrini qidalandırmalıdır. Amma təəssüf ki, bizim televiziyalar dünyanı daraldır, onu balacalaşdırır, insan ruhunu qəfəsə salır, onu pərvazlanmağa qoymur, Təbii ki, bu işin bir tərəfində azadlığın və sərbəstliyin olmaması dayanırsa, o biri tərəfdə də istək, tamaşaçıya sevgi, fədakarlıq, coşqu və peşəkarlıq çatışmır. Bu gün TV-lərímizín onlarca problemini saymaq, bacarıqlı rəhbərlərin, prodüserlərin, duyumlu rejissor və operatorların, müəllif və aparıcıların çatışmadığından söz açmaq olar. Fəqət bütün hallarda bu qənaətə gəlmək mümkündür ki, bizdə ekran öz missiyasından uzaqlaşıb. “Mavi sehrbaz” artıq qəlblərdə xoş hisslər oyatmır, bizi bilgiləndirmir, heç mötəbər xəbər və estetik zövq mənbəyi deyil.
Hələ yaxşı ki, bəzən baxımlı filmlər, köhnədən qalmıș tamaşalar, bir vaxtlar zövqlə çəkilmiş konsert proqramları göstərirlər. Yoxsa öz yalnız şit və bayağı șouların, rəngarəng gecə işıqlarının fonunda çəkilmiş, amma şüuraltı yeni binalar təbliğ edən konsertlərin ümidinə qalacaqdıq. Televiziya bir dəbdir, amma nəyin dəbi? Axı ekran yaxşını da yayır, pisi də. Yaman dərd odur ki, təbliğat üstdə köklənmiş bizim TV-lər sanki internet mediasından gələn “sarılıq” xəstəliyinə tutulub, hər şeydə sensasiya axtarır. Bəsit zövqlü tamaşaçı kateqoriyasını hədəf götürərək hər şeyi qaraya boyayırlar. Həyati təsadüfləri tipikləşdirib ekrana çıxaranlar, hər şeyi şouya çevirənlər milli dəyərləri və ictimai əxlaqı zədələdiklərinin fərqində deyillər. Ekranda, hətta ən xoş niyyətlə atılan qədəmlər belə şounun qurbanına çevrilir. Tanıdığım çox səviyyəli insanlar var ki, yerli kanallara baxmamaqla özlərini və ușaqlarını guya TV verilişlərindən qorumağa çalışırlar. Bu, əlacsızlıq sindromudur, psixoloji problemdir. Çünki teleekranlarda, xüsusən son vaxtlar sayı artmış kriminal xəbərlər, bəzən uydurulmuş ailə-məişət münaqişələri tamașaçı psixologiyasını zədələyir, yeniyetmə və gənclərin șüurunda, düșüncəsində böhran yaradır. Bu sıradan zorakılığı təblig edən görüntü materiallarının bəh-bəhlə ekranlara gətirilməsi ușaqlı – böyuklü hamının yaddaşında qara iz qoyur.
TV-lərdə göstərilən əxlaqsız, zorakı və qeyri-adi davranışları tamașaçılar təqlid edirlərmi? Bu suala ABŞ həbsxanalarında keçirilmiş bir sorğu dəqiq cavab verib. Rəy soruşulan hər 10 məhbusdan 9-u qeyd edib ki, verilişlər adamlara yeni kriminal hiylələr və ağlagəlməyən davranışlar öyrədə bilər, hər 10 nəfərdən 4 – ü isə etiraf edib ki, nə vaxtsa ekranda gördükləri cinayətləri törətməyə cəhd ediblər. Əlbəttə, TV zorakılığa əsas yaradan həlledici səbəb deyil, səbəblərdən yalnız biridir. Amma butün hallarda ekran elə vasitədir ki, hissə və șüura təsir etməklə insanı hər cür yaramazlığa sürükləyə, onu milli kökdən qoparıb manqurtlașdıra, əxlaqı dəyərlərdən ayırıb pozğunlaşdıra, mənəviyyatdan təcrid edib debilləşdirə, düşünə bilən vətəndașdan uzaqlaşdırıb mənasız varlığa çevirə bilər… Deyəsən, bizim TV-lərin boynuna bu missiya qoyulub!
Mənbə: Azərbaycan.media
