🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kamçatkada 6,1 maqnitudalı zəlzələ olub

Kamçatkada 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan.media APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət Petropavlovsk-Kamçatski şəhərindən təxminən 180 kilometr şərqdə baş verib.