🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yusif Nəğməkarın şeiri

NƏ İSƏ…

(Diləkləmə)

Dinməzliyi dinləyən
Sözkəsən olmayaydı.
Mətləbi yana əyən —
Yeləsən olmayaydı.

Sevən könül deyə ki;
Öz gülünü öyə ki…
Gülüstanda niyə ki
Gül süsən olmayaydı?!.

Gec tapdığın gözəlin
Üstdə gərək öz əlin…
Əməlində o Leylin
Bəs busən olmayaydı?!.

Nazına ən nazlı naz
Tənləsən, tən tutulmaz.
Nəfəsi-ətirli yaz —
Buz kəsən olmayaydı.

Saf çəkəydin ləlindən,
Mixəyindən, hilindən,
Bal süzəydi dilindən,
Gər qüssən olmayaydı.

Nəfinə düz iraddan,
Ya adi zarafatdan
Dönüb, inciyib bu an
Tez küsən olmayaydı…

Həzərin məntiq deyil…
Təzədir, antiq deyil…
Bezərin son pik deyil —
Ol, bu sən olmayaydı.

Sənsiz uğrum kəc olur —
Sevgi özgə necolur?!
Huzur çətin, gec olur!..
Bəd asan olmayaydı.

Ötkəm öcün öyəndə,
Yetkəm için döyəndə,
Əl tərəzi əyəndə
Dil susan olmayaydı…

Qucaq acdıq səhvə də…
Bizə həsəd töhfə də…
Nolar, bircə dəfə də
Sən desən: — Olmayaydı?!.

Eşqi nə yap, nə təli,
Ürək özü diktəli!..
Söz sonu üç nöqtəli
“Nə isə”n… olmayaydı!..

Yusif Nəğməkar

18.09.2025.

Azərbaycan.media