🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sinif yoldaşını öldürən yeniyetməyə 7 il 6 ay həbs verildi

Şəmkir rayonun Mahmudlu kəndində İ.Abdullayevin qətlində təqsirli bilinən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.

A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.