🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda qənd sexində döşəmə çökdü – Ölən var

Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.

Azərbaycan.media xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.(“Qafqazinfo”)