Ay mənim əzizlərim, sizə nə olub belə?
Ay qurban olum sizə, ay başınıza dönüm, nədir bu halınız?
Bir-birinizi təhqir edə-edə hara bölünürsünüz?
Biz — yerlisi də, köçkünü də — eyni acını yaşamışıq.
Kimi yurdunu itirdi, kimi ocağını, kimi doğmasını…
Uşaqlığını yarımçıq qoyan da biz olduq, ömrünü həsrətə sərf edən də.
Bu taleyi biz seçmədik, məcbur olduq.
Unutmusanmı ki, düşmənlərimiz sizin bu bölünmələrinizə baxıb həzz alırlar?
Kim bilir, bəlkə də siz özünüz bilmədən bir düşmənin, bir vətən xaininin ssenarisini oynayırsınız — bir-birinizi söyə-söyə, üz-göz ola-ola?
Axı biz dərdlərimizi bir yaşamışıq, bir ağlamışıq…
20 Yanvarda, Xocalıda olan yaralarımızı nə tez unutdunuz?
O zaman bir idik, birgə idik.
O zaman bölünmədik — qaçqınına, yerlisinə, Qarabağlısına, Şirvanlısına…
Hamımızın bir dərdi vardı: Vətənimizin azadlığını görmək.
Gəlin görək, bu virusu kimlər səpdi aramıza?
Bir baxın, şəhidlərimizin məzarları yan-yanadır—
İstər Bakılı olsun, istər Qarabağlı, istər məcburi köçkün…
Hamının bir amalı vardı: işğal altında olan torpaqlarımızı azad görmək.
Və biz bunu gördük!İndi nə olub sizə? Bu nə ayrımçılıqdır, bu nə bölünməkdir?
Hansı səhifəyə baxıram — “qaçqınlar və yerlilər qarşıdurması”…
Biz kimik axı? Hamımız bir millət deyilikmi?Gəlin dövlətimiz, Vətənimiz, Bayrağımız naminə
Qəlblərimizi, könüllərimizi birləşdirək.
Bu soyuq münasibətə son qoyaq!Hamımızın bir Vətəni var, bir Bayrağı var —
Və onun uğrunda mübarizə aparmaq borcumuzdur.
Bir baxın, şəhidlərimizin məzarları yan-yanadır —
Bakılısı da, qaçqını da, köçkünü də…
Ayılın! Oyanın! Düşünün!
Anlayın ki, bizləri oynatmaq üçün o havanı çalanlar kimlərdir?
Unutmayın:
Nifrət düşməni gücləndirir, sevgi isə Vətəni!

Roza Əliqızı
Azərbaycan.media