Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sıçrayışlı sülh sazişinin Mərkəzi Asiya üçün mühüm geosiyasi təsirləri var.
Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri senator Stiv Dayns bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə möhkəm münasibətlərin qurulması ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir.
