🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan Moskvaya gedir: Putinlə nələri müzakirə edəcək?

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Azərbaycan.media Publika.az-a istinadən xəbər verir ki, erməni baş nazir 26-30 sentyabr tarixində Moskvada keçiriləcək Ümumdünya Atom Həftəsində iştirak edəcək.

“Mediahub” mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan tədbirə dəvət olunub. Erməni baş nazirin Moskvaya gedəcəyi və Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşünün keçiriləcəyi gözlənilir.

Ermənistan hökuməti isə Paşinyanın Moskva səfərini təsdiq, yaxud təkzib etməyib.

Qeyd edək ki, Nikol Paşinyan daha öncə Rusiyaya səfər edəcəyinə dair açıqlama vermişdi.