🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aİ Gürcüstandan konkret addımlar gözləyir

Avropa Komissiyası Gürcüstandan Aİ ilə vizasız gediş-gəlişin saxlanması şərtlərini yerinə yetirmək üçün konkret addımlar atacağını gözləyir.

“Biz hələ məktubu öyrənirik və AK Gürcüstan hakimiyyətindən bütün problemlərin həlli üçün konkret addımlar atacağını gözləyir. Ötən həftə Gürcüstan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarını dondurmaqla ölkədə demokratiyaya qarşı növbəti addım atdı. Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qərardan dərhal imtina etməyə çağırır”, deyə AK sözçüsü Markus Lammert bildirib.

Azərbaycan.media