🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəfəq Sahiblinin şeiri

Darıxanım yox

Ahım bir sevginin məzar yeridi,
Ah çəkdim üstümə məzar yeridi!
Son görüş yerimiz həmin yer idi ,
Mənim bu dünyada darıxanım yox !

Sən adda nəyim var yıxıb gedirəm ,
Həsrətin əlini sıxıb gedirəm .
Daha bu ömürdən çıxıb gedirəm ,
Mənim bu dünyada darıxanım yox.

Dərd sinəm üstündə deyir oxşama ,
Baxan yox qəlbimdə alışan şama.
Ümüd yollarımın üzü axşama ,
Mənim bu dünyada darıxanım yox!

Qanayan yarama demədim duz at ,
Yanan ömrüm üstə bir əlçin buz at.
Uzat əllərini bir misra üzat,
Mənim bu dünyada darıxanım yox!

Azərbaycan.media