🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“TARIN MƏCNUNU” – ustad Rövşən Zamanovun ruhuna həsr olunmuş kitab gün üzü gördü

 

Yazıçı-publisist Südabə Sərvinin mərhum tarzən, Azərbaycan musiqisinin fədakarı Rövşən Zamanov haqqında qələmə aldığı “TARIN MƏCNUNU” adlı kitab artıq oxuculara təqdim olunub. Bu əsər, yalnız bir musiqiçinin həyat yolunu deyil, həm də tarın ruhunu, onunla yaşayan bir insanın məcnunluğunu poetik və publisistik dillə əbədiləşdirir.

Kitabın redaktoru – filoloq Adil Məmməd – müəllifin fikirlərinə dil və duyğu qataraq əsərin estetik bütövlüyünü təmin etmişdir. Südabə Sərvi, həm redaktora, həm də kitabın ərsəyə gəlməsində maddi və mənəvi dəstək göstərən Rövşən müəllimin dostlarına, iş yoldaşlarına öz dərin təşəkkürünü bildirir.

Təqdimat və yubiley mərasimi

“TARIN MƏCNUNU” kitabının rəsmi təqdimatı və Rövşən Zamanovun 70 illik yubileyi oktyabr ayında Göyçayda baş tutacaq. Bu tədbir Mədəniyyət Nazirliyinin və Göyçay İcra Hakimiyyəti nümayəndələrinin dəstəyi ilə keçiriləcək. Musiqi və mədəniyyət ictimaiyyətinin iştirakı ilə ustadın xatirəsi bir daha yad ediləcək, onun sənət irsi yeni nəsillərə tanıdılacaq.
Ruhu şad olsun ustadın!

Fuad Biləsuvarlı
Azərbaycan.media