🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşanın premyerası gerçəkləşib

 Ötən teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşanın premyerası gerçəkləşib.
Mədəniyyət Nazirliyinin istedadlı gənclərin potensial imkanlarının səmərəli realizəsinə yönəlik ” Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində istadadlı rejissor Abdulla Xalq yazıçısı, AYB nin sədri Anarın Qaravəlli əsərinə yeni eksplikasiya ilə yanaşıb.
Anar güclü müşahidə qabiliyyətinə malik,xarakterlər qalereyası sərgiləyən,obrazlarının koloriti,psixoloji və fiziki tamlığı,bədii mətnin qüdrəti,dialoqlarının təbiiliyi,sarkastik yanaşması  və əlbəttə,dil- üslub zənginliyi ilə oxuculara doğmadır.
Ədibin zərif yumor hissi yazılarına ayrı bir ovqat qatır. Bəlkə də hər gün rastlaşdığımız,salamlaşdığımız adamların tipologiyası Anar təxəyyülünün süzgəcindən keçərək çeşidli personajlar kimi kitab səhifələrində,ekranlarda,teatr səhnələrində    görünür. Anar yaradıcılığı xırda bir vaqeənin,və ya detalın sosial- fəlsəfi mahiyyətinə vara bilmək gücü ilə səciyyələnir ” Qaravəlli” də bir kibrit çöpündən başlayan,zamanı itirmiş fağlr bir adamı zillətə salan,sonda da yükün altında bitirən hadisə kimi Rejissor Abdulla Elşadlı da süjet xəttində və adında meydan- xalq oyunlarının,məzhəkə estetikasının poetika göstəricilərini ehtiva edən əsəri götürüb, Brext şərtiliyi,  Vaxtanqov fantastik realizmi ilə uzlaşdırıb,çox müasir eksplikasiya yazıb, adını da qoyub sosial şarj. Tamaşa başlar- başlamaz rejissor heyrətləndirməyə müvəffəq olur. Meydangirlər- həm də pis kişi ilə yaxşı kişi,daha dəqiq istedadlı aktyorlar Şəmistan Süleymanlı ilə Kamran Muradlı meydanı ələ alırlar. Truppa Anarın yumoru ruhunda təqdim edilir. Tamaşanın himni oxunur. Pantomim elementlərlə söküntü prosesinə başlamaq cəhdi verilir. Amma Dionisin ruhu mistik formada mane olur Rejissor söküntünün hədəfini açıqlamır Bəlkə bir teatr binasını,bir məbədi, tarixi abidəni sökəcəklər?! Bəlkə də , Allahım, bir mənəvi- ruhi xəzinənin saxlancı düşüb plana?!  Səhnə fəhlələri,maşinistlər işə qarışırlar, quruluşçu rəssamın təsnifatlaşdırdığı rənglərin harmoniyasında,musiqi tərtibatçısının havacatında öz işlərini görürlər,rekvizit və əlbəsələri yerləşdirirlər,şərtilik prinsipində ünvan planlarını təqdim edirlər,həm də sözsüz obrazlar kimi dramaturji xəttə birləşirlər. Abdulla nəinki dialoqlara,hər cümləyə,hər sözə belə, mizan verməyi bacarıb. Onun quruluşunda söz oynayır,sözün rəngi- ruhu görünür,sözün plastikası duyulur,personajın acısı  tüstü verən operatorun dumanına qarışıb səhnəyə yayılır. Sözün bütün qatlarda çəkisinin vizual effekti qabarır. Baş rol- baş əzabkeş Əvəz Əvəzov elə bir labirintə düşüb ki, halına acımaqdan başqa əldən bir iş gəlməz. Niyə?! Çünki zavallı adam ” yox”” deməyi bacarmır. Üzüyoladır. Fağırdır. Abırlıdır. Cəmiyyət də ölmür belələri üçün?!  Nə qədər imkan var, Əvəz Əvəzovun əvəzsiz xidmətindən istifadə edirlər Ölümünə qədər bəhrələnirlər. Elə lap müstəqim mənada!  Və əməkdar artist, SDDT nın aparıcı səhnə ustası İzaməddin Bağırov kibrit çöpü kimi yanıb külə dönən bədbəxt bir insan ömrünün qara tablosunu mükəmməl çəkir. İzaməddin alt qatdakı yumoru münasıb səs tenbrində çatdırmaq,pauza və mimikaların düzgün bölgüsü kimi peşəkar vərdişləri sayəsində hadisənin ağırlıq təfsilatını,obrazın yükünü verə bilir. SDDT nın aparıcl səhnə ustası ,dramatik- psixoloji əsərlərdə yadda qalan obrazlar yaradan Habil Xanlarov Qaravəllidə tam fərqli oyun nümayiş etdirir Zərif yumor cizgiləri ilə tamamladığı 3 müxtəlif rol onun aktyorluq məharətinin göstəricisidir. Aparıcı səhnə ustası İlham Səfərlu obrazln psixoloji dərinliyini mənimsəyib onu doğru formatda təqdimata çıxaran aktyorlardandır Bu əsərdə İlhamın oynadığı rol bütün hadisələrin- Əvəz Əvəzovun başına gələn bəlaların səbəbkarıdır İlhamın lirik- psixoloji yumora meyli Qaravəllidə məqamına düşür.  Şəmistan Süleymanlı sözün əsil mənasında hoqqa çıxarır. Proloqda meydanbəyilik,pis kişi obrazı,zoomağaza müdiri- personajlar o qədər fərqli cizgilərlə bəzənir ki, az qala aktyoru tanıya bilmirsən. Şəmistanın daxili sərbəstliyi,səhnə plastikası və texnikası obraza canlılıq verir,sarkazmı düzgün çatdırır. Premyerada tamaşaçıkar gənc aktyor Kamran Muradlının polifonik oyun tərzi ilə tanış ola bildilər. Kamran daxili  coşğunluğunu,plastikasını hadisələrin axarında doğru tənzimləyir. Qroteksin qədərini,istifadə dərəcəsini dürüst müəyyənləşdirir
Elay Xasıyevin də üzərinə böyük yük düşüb Aktyor yaş göstəricisində,sosial kateqoriya cəhətində,psixoloji- fizioloji  tərəfdən də ayrı- ayrı rənglərlə tipajlar yaradır Onların masqalarını böyük yaradıcılıq şövqü ilə çatdırır. İlahə Səfərova daim axtarışda olan zəhmətkeş aktrisadır.Ona həvalə olunmuş obraz üçün xarakterik detallar tapır Qaravəllidə yaratdığı Dezdemona və katibə İlahənin rejissor tapşırığını düzgün anlamasının göstəricisidir. Bəsit təfəkkürlü,düşük zövqlü müğənni və kreslo sevdasından əl çəkməyən qosqoca poçt müdirinin katibəsi- ayrı-  ayrılıqda tam fərqli xarakterlərdir Aynur Hümbətovanın emosional ifadə vasitələri,incə yumoru bu obrazlara xüsusi rəng qatır. Nəhayət, Elmir Mehdiyevin canında olan məzhəkəçilikdən,pantomim sevgisindən yerində istifadə etməyi bacaran rejissor tapıldı İtini gəzdirən vecsiz sakin və qısqanc Otello Elmir Mehdiyevin ifasında çox maraqlıdır. Ramazan Xanlarov da bu tamaşa ilə içindəki oyun təşnəsini göstərə bildi. Rəvan Hüseynzadənin, Fazilə Rzayevanın, Əmrahın ,Etibar Əmirovun da öz işlərinə peşəkar yanaşmaları ümumi işə çox fayda verib. Quruluşçu rəssam Nizami Dadaşov məkansızlıqda məkanın dekorunu qura bilib Elay Xasıyevin musiqi tərtibatı, Ramazan Xankarovun ritmikası rejissor traktovkasına faydalı xidmət edir.
    Və sonda bütün məsuliyyətimlə demək istərdim ki, marketinq  üçün Qaravəlli sosial şarjı yetərincə perspektivlidir.
Fuad BİLƏSUVARLI
Azərbaycan.media