🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nüşabə Ələsgərlidən yayın hitinə namizəd: “Roman olacaq”

Azerbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin səs müəlliməsi Nüşabə Ələsgərli bu günlərdə dinləyicilərinə yeni musiqi hədiyyəsini təqdim edib. “Roman olacaq” adlı bu mahnı artıq ilk notları ilə sevənlərinin qəlbinə yol tapır və yayın ən yadda qalan hitlərindən birinə çevrilməyə iddialıdır.

Sənətkarın yorulmadan, ilhamla çalışdığı bu qızmar yay günlərində təqdim etdiyi yeni musiqi nümunəsi, onun sənətə olan sevgisinin və peşəkarlığının növbəti təzahürüdür. Nüşabə xanımın səsi və ifası bir daha sübut edir ki, musiqi yalnız eşidilmir — hiss olunur.

Biz də Azerbaycan.media olaraq, sənət yolunda yorulmadan addımlayan, hər yeni əsəri ilə dinləyiciləri sevindirən Nüşabə Ələsgərliyə uğurlar arzulayırıq. Qoy bu “roman” musiqi dünyasında sevgi ilə yazılsın.

Mahnını dinləmək üçün sənətkarın youtube kanalına baxa bilərsiniz.

Fuad BİLƏSUVARLI
Azerbaycan.media