Azərbaycan.media xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Fatma Turqut Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kult.az-ın məlumatına görə, sənətçinin konserti 24 may tarixində Heydər Əliyev Sarayında baş tutacaq. Məlumatı İticket.az� saytı yayıb.
Bildirilib ki, konsert üçün biletlərin qiyməti 39 manatdan başlayaraq 199 manata qədər dəyişir.
Sənətçinin Bakıda keçiriləcək çıxışı böyük maraqla gözlənilir və tədbirin yüksək tamaşaçı kütləsi ilə keçəcəyi proqnozlaşdırılır.
