🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Texasda dəmiryolu vaqonunda 6 nəfərin meyiti tapılıb – polis araşdırma aparır

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkar edilib.
Məlumatı The New York Times yayıb. Bildirilir ki, ölən şəxslərin kimliyi və hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib, hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd olunur ki, Laredo ABŞ–Meksika sərhədinə yaxın ərazidə yerləşir. Hadisədən əvvəl bölgədə havanın temperaturu 32 dərəcəni keçib və vaqonların içərisində temperaturun daha da yüksəlməsi ehtimal edilir.
Rəsmilər hələlik ölənlərin ABŞ sərhədini keçməyə çalışan miqrantlar olub-olmadığını təsdiqləməyib. Bununla belə, son illərdə oxşar hadisələrin bir neçə dəfə qeydə alındığı bildirilir.