Azərbaycan.media xəbər verir ki, İradə İbrahimova AzTV-də qonaq olarkən qızı İpəyin liseyə yüksək balla qəbul olunmasından danışıb və onun uğurunun ailə üçün qürurverici olduğunu bildirib.
AzTV efirində çıxış edən müğənni qeyd edib ki, qızının əldə etdiyi nəticə ilk növbədə onun şəxsi zəhmətinin bəhrəsidir:
“Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür”.
İfaçı əlavə edib ki, valideynlərin müəyyən dəstəyi olsa da, əsas nəticəni uşaqların öz əzmi formalaşdırır:
“Əlbəttə, hamımızın müəyyən əməyi var, amma təkbaşına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır: sosial şəbəkələr, qısa videolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldı. Hamısının yolu açıq olsun”.
Qeyd edək ki, İradə İbrahimova Ceyhun İzer adlı şəxslə ailə qurub və iki övladı var.
Məlumatı Publika.az� yayıb.
