Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev-in şəxsi mühafizəçisi Mahir Musayev onunla bağlı xatirələrini bölüşüb.
O, Baku TV-yə verdiyi müsahibədə bildirib ki, ulu öndər xarici ölkələrə səfərləri zamanı yüksək hörmətlə qarşılanır və onun fikirlərinə xüsusi diqqət yetirilirdi:
“Xarici ölkələrə səfər edəndə onu çox hörmətlə qəbul edirdilər, məsləhətlərinə qulaq asırdılar”.
Mahir Musayev əlavə edib ki, Heydər Əliyev beynəlxalq çıxışlarında daim Qarabağ məsələsinə xüsusi yer ayırırdı:
“O, dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı. Xəritəni asıb hamıya Qarabağın harada yerləşdiyini, ermənilərin harada yaşadığını və buranı necə zəbt etdiyini izah edirdi”.
