Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15–18 dərəcə isti, gündüz isə 24–29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75 %, gündüz 50–55 % təşkil edəcək.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 12–17 dərəcə isti, gündüz 25–30 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5–10 dərəcə isti, gündüz 15–20, bəzi yerlərdə isə 25 dərəcəyədək isti olacaq.
