🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ administrasiyası neft qiymətlərinin enəcəyini proqnozlaşdırır

Azərbaycan.media xəbər verir ki, ABŞ administrasiyası Hörmüz boğazının açılmasından sonra dünya bazarında neft qiymətlərinin sürətlə aşağı düşəcəyini gözləyir.
Modern.az-ın məlumatına görə, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bu barədə Fox News telekanalına açıqlama verib.
Onun sözlərinə əsasən, Körfəz regionundan neft axınının bərpası qiymətlərin kəskin enməsinə səbəb olacaq. Hassett bu tendensiyanın 2026-cı ilin noyabrında ABŞ Konqresinə keçiriləcək seçkilərə qədər davam edəcəyini bildirib.