🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Putin Dağıstana yeni müvəqqəti rəhbər təyin etdi

Azərbaycan.media xəbər verir ki, Vladimir Putin Dağıstan Respublikası üzrə müvəqqəti rəhbər təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Fyodor Vyaçeslavoviç Şukin Dağıstan Respublikasının rəhbəri seçiləcək şəxs vəzifəsinin icrasına başlayana qədər rəhbər səlahiyyətlərini həyata keçirəcək.
Qeyd edilib ki, Fyodor Şukin bundan əvvəl Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Dağıstanın əvvəlki rəhbəri Sergey Məlikov öz istəyi ilə istefa verib.