🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qubada üç kəndin adı dəyişdirilir – yeni adlar açıqlandı

Azərbaycan.media xəbər verir ki, Milli Məclis-in Regional məsələlər komitəsində Quba rayonuna aid bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Quba rayonu ərazisində yerləşən üç kəndin adı dəyişdirilir. Belə ki, Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması nəzərdə tutulur.
Qanun layihəsinin komitə iclasında müzakirəsindən sonra növbəti mərhələdə parlamentin plenar iclasına təqdim olunacağı gözlənilir.