🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Axar.az-a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin bir hissəsində və Savalan qəsəbəsində, həmçinin Suraxanı rayonu ərazisində yerləşən Zığ kəndində qaz təchizatında işlər başa çatanadək fasilə yaranacaq.