Azərbaycan.media xəbər verir ki, Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Məlumata görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Eyni zamanda, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
