🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəfa Əliyeva Polşada Azərbaycan ədəbiyyatı ilə bağlı mühazirələr oxuyub

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Gənclər Akademiyasının sədr müavini Şəfa Əliyeva Polşanın Bialıstok Universitetinin İngilis filologiyası fakültəsində tələbələr üçün mühazirələr oxuyub.
İnstitutdan verilən məlumata görə, alim həftənin ilk günlərində “Azərbaycan dramaturgiyası tənqidi realizm kontekstində” və “Müasir ədəbi ənənələrdə realizmin transformasiyası” mövzularında çıxış edib. Böyük maraqla qarşılanan bu məruzələr elmi heyət və tələbələr tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, növbəti günlərdə Şəfa Əliyevanın təqdimatında “Dramaturgiyada qəhrəman anlayışı sosial tənqid vasitəsi kimi” və “Azərbaycan mətnləri əsasında ədəbi təhlil metodları və rəqəmsal yanaşmalar” mövzularında da mühazirələr keçiriləcək.