🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Londonda sinaqoqa hücum cəhdi: iki gün ərzində ikinci insident

Azərbaycan.media xəbər verir ki, London şəhərinin şimal-qərbində yerləşən Kenton United Synagogue sinaqoquna hücum edilib və binanı yandırmağa cəhd göstərilib. Bu, son iki gün ərzində qeydə alınan ikinci belə hadisədir.
Sky News-un məlumatına görə, gecə saatlarında hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Baş ravvin baş verənləri “qorxaqcasına” adlandıraraq bildirib ki, Birləşmiş Krallıqda yəhudi icmasına qarşı zorakılıq və qorxu yaratmağa yönəlmiş kampaniya getdikcə güclənir.
Qeyd edək ki, bir gün əvvəl də Londonun şimal-qərbində yəhudi xeyriyyə təşkilatına məxsus binaya hücum olunub. Son insident zamanı sinaqoqun otaqlarından birində tüstülənmə baş versə də, xəsarət alan olmayıb və binaya ciddi struktur ziyan dəyməyib.