🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lalə Şövkət ürəyindən müalicə alır – Səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın sabiq dövlət katibi Lalə Şövkət hazırda ürəyindən müalicə alır.
Bu barədə Modern.az-a açıqlamasında keçmiş dövlət katibinin köməkçisi və oğlu Sidqi Şövkət məlumat verib. Onun sözlərinə görə, Lalə Şövkətin səhhəti nisbətən stabildir.
“Səhhəti nisbətən normaldır. Hazırda ürəyindən müalicə alır”, – deyə Sidqi Şövkət bildirib.
Keçmiş dövlət katibinin müasir siyasi proseslər, o cümlədən İran–ABŞ qarşıdurması ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb. Köməkçisi qeyd edib ki, Lalə Şövkət artıq siyasətlə maraqlanmır və siyasi proseslərdən tamamilə uzaqlaşıb.
Onun sözlərinə görə, sabiq dövlət katibi tez-tez alman filosofu Arthur Schopenhauerin “Ağıllı adam siyasətlə məşğul ola bilər, müdrik adam – heç vaxt!” fikrini xatırladır. Lalə Şövkət isə bunu belə ifadə edir: “Artıq mən müdriklik yaşındayam”.
Sidqi Şövkət əlavə edib ki, Lalə Şövkət son 15 ildir bağ evində yaşayır.
Xatırladaq ki, Lalə Şövkət 1993-cü il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. O, 1994-cü ilin yanvarında bu vəzifədən istefa verib. Siyasətçi uzun illər təsisçisi olduğu Azərbaycan Liberal Partiyasının sədri kimi fəaliyyət göstərib.