🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanlı karyera eksperti Türkan Əkbərova Almaniyada nüfuzlu beynəlxalq reytinqdə zirvəyə yüksəlib

Azərbaycan.media xəbər verir ki, azərbaycanlı karyera eksperti Türkan Əkbərova beynəlxalq səviyyədə mühüm uğura imza atıb. Bu barədə saytımıza ailə üzvləri məlumat verib.
Türkan xanım LinkedIn platformasında “Career Coaching” sahəsi üzrə Almaniyada birinci yerə yüksəlib. Türkan Əkbərova eyni zamanda “Top 200 Influencers” siyahısında lider mövqeyə çıxaraq qlobal peşəkar ictimaiyyətin diqqətini cəlb edib.
Ekspert uğurunun əsas prinsipini belə izah edib: “Ən böyük rəqib insanın özüdür. Öz üzərində davamlı işlədikdə nəticələr qaçılmaz olur”.
Hazırda Berlin şəhərində fəaliyyət göstərən mütəxəssis Accenture şirkətində “Senior Talent & HR” mütəxəssisi kimi çalışır. Qeyd edək ki, Türkan Əkbərova karyera inkişafı, relokasiya və beynəlxalq əmək bazarına inteqrasiya sahələrində minlərlə insana dəstək göstərir.

 

 

Azərbaycan.media