Azərbaycan.media xəbər verir ki, Vaşinqton Tehranın bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir.
Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz nəzarətimizdə saxlamaq niyyətində olduğumuzu bildirmişik”, – deyə Vens vurğulayıb.
O qeyd edib ki, İranın nüvə silahı hazırlamaq planının olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, ölkənin nüvə proqramı ABŞ üçün ciddi narahatlıq mənbəyi olaraq qalır.
Vitse-prezidentin sözlərinə görə, Vaşinqton regionda təhlükəsizliyin təmin olunması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində səylərini davam etdirir.
