🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın görkəmli baletmeysteri, Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənətkarla vida mərasimi aprelin 14-də saat 11:00-da Bakı şəhərində yerləşən Təzə Pir məscidində keçiriləcək.
Vida mərasimindən sonra Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan balet sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.