🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ölkə ərazisində yağış, qar və güclü külək müşahidə olunur – faktiki hava açıqlandı

Azərbaycan.media xəbər verir ki, aprelin 13-ü saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Balakən–Şəki bölgəsində yağıntılar intensiv xarakter daşıyır, dağlıq ərazilərdə isə qar müşahidə olunur.
Qar örtüyünün hündürlüyü Şahdağda 90 sm, Zaqatalanın Əlibəy kəndində 27 sm, Qrızda 10 sm, Daşkəsən və Xınalıqda 8 sm, Gədəbəydə 5 sm, Qaxın Sarıbaş və Qusarın Laza kəndlərində 4 sm, Kəlbəcərdə 3 sm, Laçında 2 sm, Şuşa və Xankəndidə isə 1 sm təşkil edir.
Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38 mm, Qaxda 32 mm, Şəkidə 31 mm, Mingəçevirdə 23 mm, Yevlaxda 19 mm, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Goranboyda 15 mm, Naftalanda 14 mm qeydə alınıb. Digər bölgələrdə isə yağıntının miqdarı 1–9 mm arasında dəyişir.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Mingəçevirdə 22 m/s, Yevlaxda isə 21 m/s-dək güclənib.
Eyni zamanda, Daşkəsən, Göygöl, Şəki, Quba, Qaxın Sarıbaş kəndi, Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi bəzi ərazilərdə 500 metrədək məhdudlaşıb.