Azərbaycan.media xəbər verir ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb.
Bu barədə Yonhap News Agency Cənubi Koreya Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər yerli vaxtla saat 08:50 radələrində Vonsan ərazisindən buraxılıb. Bildirilir ki, bu, Şimali Koreyanın cari ilin əvvəlindən etibarən həyata keçirdiyi dördüncü raket sınağıdır.
