🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Verilişləri dayandırılan aparıcılar indi nə edir? – Sosial şəbəkələrdə yeni fəaliyyətlər

Azərbaycan.media xəbər verir ki, bir müddət əvvəl bir sıra tanınmış televiziya aparıcılarının proqramlarının yayımı dayandırıldıqdan sonra onların hazırkı fəaliyyəti maraq doğurmağa davam edir.
Verilişləri bağlanan aparıcılar – Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Kamal, Zaur Nəbioğlu və Tarix Əliyev – hazırda əsasən sosial şəbəkələrdə aktivlikləri ilə diqqət çəkirlər.
“Səni axtarıram” layihəsinin yaradıcısı Xoşqədəm Hidayətqızı sosial mediada aktivliyini qoruyur. O, daha çox proqram zamanı iştirak edən həkimlərlə bağlı paylaşımlar edir və onların fəaliyyətini tanıdır.
“Bizimləsən” verilişi ilə tanınan Zaur Baxşəliyev də sosial platformalarda fəaldır. O, müxtəlif şirkətlərlə reklam əməkdaşlıqlarını izləyiciləri ilə bölüşür.
“Elgizlə izlə” proqramının aparıcısı Elgiz Əkbər isə digər həmkarlarından fərqli olaraq sosial mediada passivliyi ilə seçilir. O, yalnız bir dəfə şəxsi fotosunu paylaşmaqla kifayətlənib.
Zaur Kamal son günlər daha çox istirahət və gəzinti görüntülərini yayımlayır. Onun iş fəaliyyəti ilə bağlı hər hansı paylaşım müşahidə olunmur.
Tarix Əliyev (Tolik) isə şəxsi həyatı ilə bağlı paylaşımlarla gündəmə gəlir. O, ailə tədbirlərindən – xüsusilə bacısının məclisi və qızının ad günü ilə bağlı görüntüləri izləyicilərlə bölüşür.
“Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu isə proqram bağlandıqdan sonra sosial şəbəkələrdə aktivliyini tamamilə dayandırıb.
Hazırda bu aparıcıların televiziya fəaliyyətinə nə zaman və hansı formatda qayıdacaqları isə hələlik məlum deyil.