🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Goranboyda 43 yaşlı qadın dəm qazından zəhərlənib

Azərbaycan.media xəbər verir ki, Goranboy rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Rayon sakini, 1983-cü il təvəllüdlü T. Əhmədova yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Xəstəyə dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.